“Məşqçimiz dedi ki, çıxın Azərbaycanla görüşdən həzz alın”
07.10.2009 - 13:47
“Hamımız gərgin vəziyyətdəyik. Hətta məşqçimiz də rəqib haqda nəsə deməkdə çətinlik çəkir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Neu-İsenburq” klubunun futbolçusu Daniel Şmidt deyib.
Srağagün Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirən aşağı dəstə təmsilçisinin üzvü şokda olduqlarını etiraf edib. Matç bitən kimi uşaqlıq kumiri Uli Ştaynın yanına qaçıb onunla şəkil çəkdirən Daniel yığmamızla görüşü həyatları boyu unutmayacaqlarını söyləyib: “Məşqçimiz matçdan əvvəl oyunçulara dedi ki, çıxın və görüşdən həzz alın. Belə şans hər gün ələ düşmür. Mən start heyətində yer alıb, yarımmüdafiə xəttində çıxış edirdim. Orta sahədə oynadığımdan kifayət qədər əziyyət çəkdim. Sonra isinmə hərəkətləri etməli olduq. Dörd saatdır davam edən yağışdan sonra meydan yaş, hava soyuq idi. Lakin biz Almaniya milli komandasının rəqibi olan Azərbaycan yığmasının intizarında idik. Onların da meydana çıxacağı anı gözləyirdik. Ballak, Özil, Qomes kimi ulduzlarla oynayıb uduzmuş komandanı”.
Yarımmüdafiəçi belə oyunun komandası üçün unudulmaz, hətta tarixi bir hadisə olduğunu vurğulayıb: “Bizim üçün bu tam başqa bir şey idi. Cənubi Verbandsliqada oynaya-oynaya millimizin sabiq baş məşqçisi Berti Foqtsun rəhbərlik etdiyi yığmaya qarşı oynamaq... Bu sadəcə, mövsümün kulminasiya nöqtəsi idi. Biz Elvin Məmmədov, Vüqar Nadirov, Daniel Axtyamov kimi gənc istedadlara qarşı oyanayırdıq”.
Oyunun gedişi haqda danışan Danielin sözlərinə görə, yığmamız demək olar ki, tək qapı oynayıb: “Qonaqlar qarşılaşmadan cəmi yarım saat əvvəl oyunun keçiriləcəyi idman parkına gəldilər. Oyun başlayan kimi Azərbaycan yığması qızışdı. Onların ardıcıl hücumlarını görüb müdafiədə oturduq. İlk hissə ərzində 1 ya 2 dəfə irəli getmək imkanımız oldu. Rəqib isə fasiləyə yaxın sağ cinahdan ötürməni tamamlayıb hesabı açdı. Fasilədən sonra heç nə dəyişmədi. 85-ci dəqiqədə isə Axtyamov ikinci qolu vurdu. Bundan sonra görüşün tez bitməsini gözləyirdik”.
Gənc futbolçu matçı izləyən tamaşaçıların sevincini qonaq komandanın səviyyəsi ilə izah edib: “Təxminən 300 tamaşaçının izlədiyi oyunda Azərbaycana 0:2 hesabı ilə uduzmaq bizim üçün yaxşı nəticədir, böyük uğurdur. Daha çox onlara görə sevinirəm. Ən yaxşı halda IV liqa matçlarını seyr edən azarkeşlər indi bu səviyyədə matçın şahidi oldu. Komanda yoldaşım Məhəmməd Bayram türk dilində azərbaycanlılarla danışmaq imkanı da qazandı”.

0
0