“Neftçi”yə italyan məşqçi hazırlıq keçir
07.10.2009 - 14:04
Bakının “Neftçi” klubu yeni baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında hazırlığını intensivləşdirib. Apasport.az saytının məlumatına görə, komandanın bugünkü məşqində italyan mütəxəssis Covanni Melkiorre futbolçulara fiziki hazırlıq keçib. Hələ Sadıqovun gəlişinə qədər flaqmanda fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunan Melkiorre futbolçuların sürət və gücünün artırılmasına çalışır.
Qeyd edək ki, gündə iki dəfə olmaqla hazırlıq keçən “Neftçi” axşam saatlarında klubun bazasındakı meydançada taktiki hazırlıq üzrə çalışır.
Qeyd edək ki, gündə iki dəfə olmaqla hazırlıq keçən “Neftçi” axşam saatlarında klubun bazasındakı meydançada taktiki hazırlıq üzrə çalışır.
0
0