Ruslan Abışov üçün 22 şamlı tort
07.10.2009 - 15:31
Ruslan Abışov üçün 22 şamlı tort
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyun yığmanın gənc futbolçusu Ruslan Abışov üçün xüsusi əhəmiyyət daşıyacaq. Apasport.az saytının məlumatına görə, Lixtenşteynlə qarşılaşmanın oktyabrın 10-da baş tutması müdafiəçi üçün görüşün dəyərini ikiqat artırır.

Buna “Neftçi”nin futbolçusunun həmin gün anadan olması səbəb olacaq. Belə ki, Ruslan 1987-ci il oktyabrın 10-da dünyaya göz açıb. Abışov Vadutsun “Reynpark” stadionunda keçiriləcək matç zamanı 22 şamlı tortu da düşünəcək. Həmin tortun şirinliyi isə komandanın qazanacağı nəticədən asılı olacaq.