Azərbaycan yığmasının oyununda italiyalı gözəlçələr - FOTO
07.10.2009 - 15:55
İtaliyalı Karina Suzanna Vitulano futbol üzrə qadnlardan ibarət Azərbaycan milli komandasının tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, xanım referi yığmamızın dünya çempionatlarının seçmə oyunlarında debüt matçında fit çalmaqla, ilkə imza atacaq.
Karina 2011-ci il dünya çempionatının seçmə mərhələsinin oktyabrın 24-də keçiriləcək Azərbaycan – İsveç matçına təyinat alıb. Vitulano Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq matçın baş hakimi olacaq. İtaliyalı gözəlçəyə ondan geri qalmayan cazibədar həmyerliləri Marinella Kasiutti və Culiana Qariuno kömək edəcək.
Ehtiyat hakimi hələ dəqiqləşməyən qarşılaşmada hakim-inspektor funksiyasını yunan Atanasios Briakos icra edəcək.

0
0