Devid Bekhemin pulunu balta kəsmir...
07.10.2009 - 16:16
Devid Bekhemin pulunu balta kəsmir...
İngiltərənin ən zəngin futbolçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya başçılıq edən milli komandanın sabiq kapitanı Devid Bekhem izləyicilərini böyük fərqlə qabaqlayır.

ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edən 34 yaşlı yarımmüdafiəçinin var-dövləti 125 milyon funt sterlinq dəyərində qiymətləndirilir. İkinci yerdə gedən “Mançester Yunayted”in hücumçusu Maykl Ouen 38, onun komanda yoldaşı Ueyn Runi 37 milyon funt sterlinq qazanıb. Siyahıda ilk beşliyi də “Mançester”in Yunayted”in futbolçuları - müdafiəçi Rio Ferdinand (27 milyon funt sterlinq) və yarımmüdafiəçi Rayan Giqqz (24 milyon funt sterlinq) tutur.

İngiltərədə çalışan ən varlı məşqçi isə milli komandanı çalışdıran Fabio Kapellodur. İtalyan mütəxəssisin sərvəti 30 milyon funt sterlinq qiymətləndirilir. “İpsviç” klubunun baş məşqçisi olan irland Roy Kinin 27 milyon funt sterlinq pulu var. 23 ildir “Mançester Yunayted”i çalışdıran şotland Aleks Ferqyuson 22 milyon funt sterlinqlə siyahıda 3-cü yeri tutur.