Mariya, Lidiya və Sanya
07.10.2009 - 16:23
Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 28-də keçiriləcək Azərbaycan – Uels oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Şamil Heydərovun yetirmələrinin VIII seçmə qrupda keçirəcəkləri ikinci matçın taleyi xorvatiyalı hakimlərə tapşırılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq qarşılaşmanın baş hakimi Mariya Marqareta Damyanoviç olacaq. Ona həmyerliləri Lidiya Kralyiç və Sanya Rodak Karşiç kömək edəcək.
Qeyd edək ki, yığmamız Uelslə matçdan 4 gün əvvəl İsveçlə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Uelslə matçdan 4 gün əvvəl İsveçlə üz-üzə gələcək.
0
0