“Bakı”dan “Vixren”ə!
07.10.2009 - 16:26
“Bakı”dan “Vixren”ə!
Bülənt Korkmazın baş məşqçi təyin olunmasından sonra “Bakı” klubunun köməkçi-məşqçi postu ilə vidalaşan Çudomir Çakarov özünə yeni iş yeri tapıb. Çakarov iki ildən sonra Bolqarıstanın “Vixren” komandasına qayıdıb. Lent.az-ın “Vixren”in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, makedoniyalı mütəxəssis bu qayıdışa sevindiyini bildirib.

Fiziki hazırlıq üzrə məşqçi kimi çalışan Çakarov yeni mövsümdə komandasının uğurlu çıxışı üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Çudomir Çakarov “Bakı”ya komandanın sabiq baş məşqçisi Qyoko Hacıyevskinin istəyilə cəlb olunmuşdu.