“Neftçi” rəhbərliyinin seçimi böyük səhv idi”
07.10.2009 - 23:00
Azərbaycan yığmasının və Çinin “Çanqçun Yatay” klubunun futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- Çində işləriniz necə gedir? Vəziyyətiniz necədir?
- Xəstələndiyim üçün komandanın məşqlərindən kənarda qalmışam. Soyuqladığımdan evdə müalicə olunuram. Çində payızın gəlməsi, havaların tez-tez dəyişməsi müşahidə olunur. Havalar soyuq keçir və özünü qorumaq lazımdır.
- Nə vaxt oynaya biləcəksiniz?
- Bunu dəqiq bilmirəm. Onsuz da növbəti görüşdə meydana çıxmayacağam. Çünki vərəqə limitini aşdığım üçün cəzalı duruma düşmüşəm. Hesabımda 4 sarı vərəqə var və belə olan halda, buradakı reqlamentə əsasən oynaya bilmirəm. Sağlıq durumumda problemləri nəzərə alsaq, bu, yerinə düşdü. Bir az istirahət etməyə, sağalmağıma imkan olacaq.
- Çində mövsümün bitməsinə, həm də hazırkı klubunuzla müqavilənizin başa çatmasına çox az vaxt qalıb. İstənilən halda, bu ölkəni tərk etmək fikrində qalırsınız?
- Bəli. Mövsüm bitən kimi klubumla da anlaşmam başa çatacaq və Çini tərk edəcəyəm. Daha burada qalmaq istəmirəm. Çində yaşamaq, məişət şəraiti, qidalanma və bu kimi məsələlərlə bağlı çətinliklər ciddi problemlər yaradır. Əslində, hələ yayda getmək istəyirdim. Ancaq noyabra kimi müqaviləm var və baş məşqçi məni buraxmaq istəmədi. Eybi yoxdur, onsuz da az vaxt qalıb – cəmi 20 gün. Bundan sonra Çindən birdəfəlik gedəcəyəm. Daha bu ölkədə oynamayacağım dəqiqdir.
- Bəs harada oynamaq istəyirsiniz?
- Hələ bilmirəm. Evə qayıdacağam və fikirləşmək üçün çox vaxtım olacaq. Fikirləşib son qərarımı verəcəyəm.
- Azərbaycan futbolunda son vaxtlar baş verənləri izləyirsinizmi?
- Əlbəttə ki. İnternet vasitəsilə məlumatlarla tanış oluram. Dostum, “Neftçi”də bir yerdə oynadığım Vladimir Miçoviçlə mütəmadi zəngləşirik.
- Elə isə “Neftçi”də baş verən hadisələrdən, rəhbərlikdə və baş məşqçi postunda edilən dəyişiklərdən xəbərdar olmasınız...
- Elədir. Bildiyimə görə, vitse-prezident vəzifəsində dəyişiklik edib. Komandaya yeni baş məşqçi Vaqif Sadıqov təyin edilib.
- “Neftçi”də 3 il forma geyinən Branimir Subaşiçin buna reaksiyası necə oldu?
- Düzü, heç bilmirəm sizə nə deyim... Açığı, baş verənlərdən bir az təəccübləndim. O mənada təəccübləndim ki, “Neftçi” mövsümə yaxşı start götürmüşdü və liderlər qrupunda yer alıb. Yəqin ki, belə lazım imiş.
- Vaqif Sadıqov haqda nə deyə bilərsiniz?
- Onun haqda çox eşitmişəm. Bilirəm ki, təcrübəli mütəxəssislərinizdəndir. Müxtəlif vaxtlar milli komandanı çalışdırıram. Azərbaycanda oynadığım vaxta onunla görüşmüşəm.
- “Neftçi”də oynadığınız dövrdə çempion ola bilmədiniz. Sizcə, Vaqif Sadıqov uzun müddət davam edən bu həsrətə son qoya bilərmi?
- Əlbəttə, mən bunun belə olacağına ümid edirəm. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Ötən mövsüm baş məşqçi postuna Hans-Yurgen Gede gətirildikdən sonra komanda çox uğursuz çıxış etdi. Klub rəhbərliyini bu seçimi böyük səhv idi. Fikrimcə, cari mövsümdə hər şey normal, qaydasında olmalıdır.
- “Neftçi”dən və ya digər klublarımızdan təklif almısınız?
- Heç bir təklif almışam.
- Yenidən ölkəmizdə oynamaq istərdinizmi?
- Bunu gələcək göstərəcək. Yeni variantlar nəzərdən keçirməyə kifayət qədər vaxtım var. Baxaq görək necə olacaq.
- Milli komandamızın cari seçmə mərhələdə son oyunlarına çox az vaxt qalıb. Həm Lixtenşteyn, həm də Rusiya yığmasına qarşı oynamısınız. Bu rəqiblərlə növbəti görüşlər haqda nə düşünürsünüz?
- Nə deyə bilərəm? Lixtenşteyn yığmasını yaxından tanımıram. Onu bilirəm ki, elə də güclü komanda deyil. Ancaq digər tərəfdən, Avropada zəif komanda yoxdur. İndi hamı futbol oynaya bilir, peşəkar səviyyədədir. Hər halda, Lixtenşteyndə yaxşı nəticəyə ümid edirəm. Futbolçularımızın rəqibi üstələyəcəyinə inanıram və səfərdən qələbə ilə qayıdacağımızı gözləyirəm. Oyuna az qalıb və nəticəni görəcəyik. Rusiya ilə Bakıdakı görüşə gəlincə, bu da maraqlı oyun olacaq. Onlara üç xal çox lazımdır. Ancaq Azərbaycan yığması doğma publika qarşısında çıxış edəcək ki, bu da vacib amildir. Burada heç bir rəqibin işi asan olmur. Elə dünya çempionatının final mərhələsinə çıxmağa iddialı ruslara da Bakıda asan olmayacaq. Nəticənin necə olacağını deyə bilmərəm. Hər halda, maraqlı oyun gözləyirəm.
- Heyətlə bağlı ciddi itkiləri olan, milli komandamızla görüşə cəmi 15 futbolçu ilə hazırlaşan Lixtenşteyn hazırda turnir cədvəlində bizi qabaqlayır. Seçmə mərhələnin sonunda belə rəqibdən geridə qalsaq, bunu böyük uğursuzluq sayacaqsınız?
- Əlbəttə, bu, böyük uğursuzluq olacaq. Hesab edirəm ki, Lixtenşteyni səfərdə yenmək lazımdır. Xeyli müddətdir rəsmi oyunlarda qələbə qazanmırıq. Hesab edirəm ki, artıq qalib gəlməyin vaxtı çatıb.
- Buna nail olmaq üçünsə ilk növbədə qol vurmaq lazımdır. Milli komandamız isə rəqib qapısına yol tapmaqda çətinlik çəkir. Elə sizin də heyətinizdə yer aldığınız yığma Bakıda Lixtenşteynlə qolsuz heç-heçə etdi. Bir hücumçu kimi azərbaycanlı həmkarlarınıza qol vurmaq üçün nə tövsiyə edirsiniz?
- Nə tövsiyə edə bilərəm? Qol vurmaq üçün çoxlu hücum etmək lazımdır, müdafiə olunmaq yox. Yığmamız xüsusilə səfər oyunlarında daha çox müdafiə olunur, nəinki hücum edir. Belə oyunla nəticə qazanmaq çətindir. Gərək hücum futbolu oynayasan. Hücum etmək və yenə də hücum etmək lazımdır. Özü də böyük qüvvə ilə. Bilirsiniz, mən məşqçi deyiləm, futbolçuyam. Necə oynamağı baş məşqçi daha yaxşı bilməlidir.
- Hələ yayda milli komandada oynamaqdan imtina etdiniz. Bundan sonra yığmamızın baş məşqçisi Berti Foqtsdan dəvət gözləyirdiniz?
- Yox. Heç bir dəvət gözləmirdim.
- Bəs gələcəkdə oynamaq istərdinizmi?
- Bilmirəm. Əlbəttə, nə vaxtsa milli komandanın heyətində yer almağa çalışacağam. Milli komandaya qarşı narazılığım yoxdur və bu, heç vaxt olmayıb. Sadəcə, hazırkı sisteminə uyğun gəlmirəm. Vaxtında yığma ilə bağlı seçimi etmişəm və buna görə peşman deyiləm. Azərbaycan yığmasında oynamaq istəməsəydim, aldığım dəvətdən imtina edərdim. Ancaq bunu etmədim və vətəndaşlığınızı daşımağa, milli pasportunuzu almağa razılıq verdim. İnşallah (bunu azərbaycanca deyir), gələcəkdə yenidən Azərbaycan yığmasını formasını daşıyaram. Ancaq indiki anda bu, real deyil.

0
0