Lixtenşteyn – Azərbaycan oyunu 2 kanalda!
07.10.2009 - 16:53
Lixtenşteyn – Azərbaycan oyunu 2 kanalda!
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn – Azərbaycan oyunu canlı yayımlanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, oktyabrın 10-da Vaduts şəhərində Bakı vaxtı ilə saat 23:00-da başlayacaq rəsmi görüş iki telekanalımız – Az.TV ilə “İdman Azərbaycan”la birbaşa efirə veriləcək. Bu, “Azercell”in dəstəyi sayəsində gerçəkləşəcək.

Qeyd edək ki, milli komandamıza sponsorluq edən, AFFA-nın tərəfdaşlarından olan “Azercell” buna qədər milli komandamızın iyunda Türkiyə, Uels və İspaniya yığmaları ilə oyunlarının canlı yayımına da öz dəstəyini göstərib.