Yoahim Löv: ...Azərbaycan yığması Rusiyanı məğlub edəcək
07.10.2009 - 23:03
“Əminəm ki, Moskvada uduzmayacağıq. Əgər belə olmasa? Onda Azərbaycan milli komandasının köməyinə ümid edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Oktyabrın 10-da Moskvada baş tutacaq Rusiya ilə oyuna ciddi hazırlaşan Bundestimin çalışdırıcısı münasib nəticə qazanmaqla qrup liderliyini qoruyacaqlarına inanır. Ancaq rusların oktyabrın 14-də Bakıda milli komandamızla görüşünün olacağını nəzərə alan Löv dünya çempionatın çıxmaq uğurunda mübarizədəki rəqibinə məğlubiyyəti faciə saymır: “Rusların güclü futbolçuları, güclü yığma komandası var. Onlar bizimlə eyni səviyyədədir. Buna görə də bizə Moskvada top uğrunda mübarizə apara bilən futbolçular lazım olacaq. Ancaq mən əsəbiləşmirəm və heç bir şeydən qorxmuram. Bilirəm ki, yaxşı komandamız var. Özümüzə yüz faiz əminik və bu şansı əldən buraxmayacağıq. Moskvada uduzsaq, Azərbaycanın yardımına bel bağlayacağıq. Biz bu komandanı öz meydanımızda 4:0 hesabı ilə məğlub etmişik. Ancaq Azərbaycan Rusiya ilə görüşdə bizə qarşı oynadığı kimi oynasa, onda qələbə qazanacaq”.
Qeyd edək ki, Almaniya 2-ci yerdə gedən Rusiyanı 1 xal qabaqlayır.

0
0