Elxan Məmmədov: Rusiya Futbol İttifaqına müsbət cavab verdik
07.10.2009 - 17:48
Azərbaycan və Rusiya milli komandaları arasında oktyabrın 14-də keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin oyununu izləmək üçün qonşu ölkədən Bakıya 1500-dək azarkeş gələcək. Bu haqda lent.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Futbol İttifaqı AFFA-ya göndərdiyi məktubda məhz bu qədər azarkeşin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu izləmək istədiyini bildirib. Məmmədov Rusiya tərəfinin istəyini yerinə yetirdiklərini söyləyib: “Beynəlxalq qaydalara əsasən, stadionda rəqib komanda üçün ümumi yerlərin 5 faizi ayrılmalıdır. Mərkəzi arenamız 30 minədək tamaşaçı tutumuna malik olduğundan, rusiyalı azarkeşlər üçün 1500-dək yer ayırmağımız mümkündür. Buna görə də Rusiya Futbol İttifaqına müsbət cavab verdik”.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

0
0