“Karvan” daha bir futbolçusunu qovdu
07.10.2009 - 18:30
Azərbaycan yığmasının sabiq müdafiəçisi İlham Yadullayev Yevlaxın “Karvan” klubundan kənarlaşdırılıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, 34 yaşlı futbolçudan narazı idi: “İlhamın oyunu mane qane etmirdi. Son görüşlərdə zəif çıxış etdiyi üçün onu komandadan azad etdim. Müqaviləni qarşılıqlı pozduq. Düzdür, İlham əvvəllər də komandamızdan gedib, sonradan qayıdıb. Ancaq bu, onun müqaviləsinin bitməsi, sonradan yeni müqavilənin imzalanması ilə bağlı olub. Bu dəfə qərarım qəti və dəyişməzdir”.
Uzun müddətdir “Karvan”ın şərəfini qoruyan İlham cari mövsümdə kapitan sarğısını daşıyırdı. Hüseynov vaxtilə “Neftçi”də bir yerdə oynadığı Yadullayevin funksiyasını yerinə yetirəcək futbolçunu da müəyyənləşdirib: “İlham əsas kapitanımız idi. Onun yoxluğunda sarğını İsmayıl Məmmədov daşıyırdı. Yadullayev komandadan kənarlaşdırılandan sonra əsas kapitanımız İsmayıl olacaq. Komandamızda hazırda vəziyyət qənaətbəxşdir. Yalnız afrikalı hücumçumuz Yakuba Bamba zədə üzündən məşqlərdən kənarda qalıb. Hazırlığı bərpa edəndən sonra Bamba da məşqlərimizə qatılacaq. Hazırda Bakıya gəlmişik və futbolçuları oktyabrın 10-dək istirahətə buraxmışıq. Həmin gün paytaxtda bir araya gələcəyik”.
Qeyd edək ki, UniBank Premyer Liqasının növbəti turu çərçivəsində oktyabrın 17-də lider Zaqatalanın “Simurq” klubunun qonağı olacaq “Karvan” cari mövsümdə artıq ikinci futbolçunu sıralarından xaric edir. Hüseynov milli komandamızın digər sabiq futbolçusu, Yadullayevin braziliyalı həmyaşıdı Andre Ladaqanı da oyunundan narazı qaldığı üçün komandadan çıxardı.

0
0