Qyoko Hacıyevski Azərbaycanı tərk etdi
08.10.2009 - 02:56
“Bakı” klubunun keçmiş baş məşqçisi Qyoko Hacıyevski Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis dünən Bakı-İstanbul-Skopye reysi ilə vətəninə yollanıb. Hacıyevskinin səfərində əsas məqsəd ailə üzvləri, yaxınları ilə görüşməkdir. Əcnəbi çalışdırıcı gələn həftə paytaxtımıza dönəcək. Onun “Bakı”nın prezidentinin müşaviri postunda əsas fəaliyyətə də həmin vaxtdan etibarən başlayacağı gözlənilir.
Qeyd edək ki, ötən ay “zolaqlılar”ın baş məşqçisi postundan uzaqlaşdırılan Hacıyevski ümumilikdə, komandadan kənarlaşdırılmayıb. Makedoniyalı yeni vəzifədə “Bakı”nın prezidenti Hafiz Məmmədova məsləhətlərini və tövsiyələrini verməlidir.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0