Berti Foqtsa lazım olmayan futbolçu kimdir?
08.10.2009 - 09:26
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsinin oktyabrın 10-da Lixtenşteynlə keçiriləcək oyununa hazırlaşan yığmamızın baş məşqçisi Berti Foqts Cavid İmamverdiyevi heyətdən kənarlaşdırıb. Sentyabrın 29-dan oktyabrın 7-dək Almaniyada və İsveçrədə təşkil olunan toplanışda iştirak edən futbolçu 21 yaşadək oyunçulardan ibarət komandamıza göndərilib. O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda keçiriləcək Azərbaycan - Avstriya oyununda gənclərdən ibarət yığmamızın şərəfini qoruyacaq.
Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan İmamverdiyev hazırda “Karvan”da forma geyinir.
Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan İmamverdiyev hazırda “Karvan”da forma geyinir.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0