Qomes: ...Azərbaycan yığması “Hamburq”dan güclüdür?
08.10.2009 - 09:35
Qomes: ...Azərbaycan yığması “Hamburq”dan güclüdür?
Almaniya yığmasının hücumçusu Mario Qomes Azərbaycanla oyunlarda qol vurmamağının acısını çəkir. Apasport.az saytının məlumatına görə, yığma karyerasında çoxsaylı matçlara çıxan, lakin San Marinoya vurduğu 2 qoldan başqa heç kimi məyus edə bilməyən futbolçu növbəti dəfə jurnalistlərin “hədəfinə” düşüb.

Braziliyalı əsilli futbolçuya zəng edərək müsahibə götürmək istəyən ispan həmkarımız Qomeslə üç dəfə danışmalı olub. Belə ki, ilk söhbətdə San Marinodan başqa heç kimə qol vurmamağının sirri ilə bağlı sualı eşidən Mario o qədər qəzəblənib ki, jurnalistə “yaxşı yol” deyib: “Görünür sizə elə gəlir ki, Azərbaycan, Uels və ya Lüksemburq kimi milli komandalar “Hamburq”la “Bayer” kimi klublardan güclüdür. Əksər yığmalardan daha güclü olan komandaların qapısından kifayət qədər qol keçirmişəm və yenə də vuracağam. Elə Rusiyada da çalışacağam ki, hesab 0:1 olsun və bu top mənim hesabıma yazılsın. Mənim tək qolum və biz final mərhələsindəyik. Bu, gözəl olardı. Bununla da gic-gic suallardan canımı qurtarardım. Ümumiyyətlə, vaxtım yoxdur, Xoş gəldin”.

Az keçməmiş ispan həmkarımız yenə futbolçuya zəng vurur. San Marino haqda danışmamaq tələbi qoyan braziliyalı suallardan qıcıqlanıb özünü güclə saxlayır. Lakin həmkarımızın haradan olduğunu bilən də dözə bilmir: “İspaniya... Hələ sizin yığmanıza da göstərəcəyik. Bağışlayın, mənim vaxtım yoxdur, hələlik, sağ olun”.

Jurnalistin üçüncü zəngində də Qomes əsəbi tonda danışıb: “Yenə müsahibə istəyirsən? Onsuz da biz İspaniyaya göstərəcəyik. Atam və onun valideynləri ispaniyalıdır. Mənim üçün bu yığmaya qol vurmaq çox qiymətlidir. Hətta Moskvadakı oyun bizi dünya çempionatının final mərhələsinə aparan qoldan da qiymətlidir”.