“Bakı”dan qovulan məşqçidən sensasion açıqlamalar: Mənə dedilər ki...
08.10.2009 - 10:03
“Komandada baş məşqçini dəyişdirmək məsələsi çoxdan var idi. Ötən çempionatın son turlarında keçirdiyimiz çətin oyunlarda büdrəməyimizi gözləyirdilər ki, bundan yararlanıb işə başlasınlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq məşqçisi Asif Əliyev deyib.
Komandanın keçmiş baş məşqçisi Qyoko Hacıyevskinin köməkçisi olmuş və yeni çalışdırıcı Bülənt Korkmazın gəlişi ilə bu vəzifədən kənarlaşdırılan veteran futbolçu klubun daxilində baş verənlərin həqiqət olduğunu etiraf edib: “Simurq”u 1:0 hesabı ilə çətinliklə məğlub etdiyimiz oyunda Allah bizə kömək etdi ki, qələbə qazandıq. Yaxşı yadıma gəlir, həmin vaxt məni də texniki zonadan kənarlaşdırmışdılar. Onlar hər şeyi hazırlamışdılar və məqam gözləyirdilər. Axırda da Hacıyevski məcburiyyət qarşısında qalıb postundan getdi. Başa düşdü ki, vəziyyət çox pisdir. Son vaxtlar oyunçular da sözünə qulaq asmırdı”.
Əliyev bilərəkdən oynamayan futbolçuların da adlarını açıqlayıb: “Komandaya kənardan müdaxilə olduğu açıq-aşkar hiss olunurdu. Yeni transferlər bilərəkdən oynamırdılar. Jaba Türkiyə çempionatında ad qazanıb. Nə oldu ki? Bura gələndə oynaya bilmədi? Feliks də onun kimi bacardığını ortaya qoymurdu. Baxan kimi vəziyyətin nə yerdə olduğu görünür, kənardan müdaxilə hiss olunurdu”.
Təcrübəli mütəxəssis komandada yerli məşqçinin qalmamasında türkiyəlilərin əlinin olduğunu da gizlətmir: “Bu, Tunc Afşarın işidir. Bir də Yüksəl bəy var orda. Əvvəl futbol məktəbində çalışırdı. İndi inzibatçı keçib. O da çox bərk gedir. Ola bilsin məsləhətləşib çıxarıblar. Bilənlər onsuz da bilir. Burda gizlədiləsi nə var ki? Mənə dedilər ki, müsahibə vermə. Amma adama təsir edir. Məni əvəzedici komandaya göndərmək istədilər. Mən heç ora gedərəm? Sonda Məqsəd Yaqubəliyevi göndərdilər”.
Mənbə: “Futbol+” qəzeti

0
0