Lixtenşteynlilərin açıq məşqi olacaq
08.10.2009 - 10:08
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək matçda Azərbaycan milli komandasının rəqibi olan Lixtenşteyn yığmasının açıq məşqi olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Hans Peter Zauqun yetirmələrinin oktyabrın 9-da yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 13:00) “Reynpark” stadionunda keçiriləcək hazırlığı jurnalistləri gözü qabağında gerçəkləşəcək. Həmin gün yerli vaxtla saat 11:45-də yuxarıda qeyd edilən stadionda Lixtenşteyn yığmasının baş məşqçisi Peter Zauqun mətbuat konfransı olacaq.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0