SSRİ çempionu azərbaycanlılarla maşın alveri edirmiş
08.10.2009 - 11:29
SSRİ çempionu azərbaycanlılarla maşın alveri edirmiş
“Komandamız SSRİ dövründə ən kasıblardan biri sayılırdı. Biz 1000 rubla yaxın maaş alırdıqsa, digər komandalarda bu məbləğ 5000 rubl idi. Maşın isə bir növ mükafat kimi verilirdi. Onu dövlət qiymətinə alırdıq, sonradan isə Azərbaycan və ya Gürcüstandan olan alıcılara daha yüksək qiymətə satırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Zenit” klubunun sabiq futbolçusu Arkadi Afanasyev deyib.

Komanda 1984-cü ildə mərhum Pavel Sadırinin rəhbərliyi altında SSRİ çempionu olduğu dövrdə Afanasyev də onun heyətində yer alıb. SSRİ dövründə olimpiya yığmasına da cəlb edilən yarımmüdafiəçi qafqazlılarla, o cümlədən həmyerlilərimizlə maşın alveri ilə məşğul olduğunu gizlətmir: “Xaricə səfərlərimiz zamanı heç nə qazanmırdıq. Yalnız imkan olanda balıq kürüsü, yaxud araq gətirirdik. Xaricə gedəsən və oradan doğmalarına, yaxınlara heç nə gətirməyəsən – bu, olmaz. Valyuta daşımağa görə sənə iş verilə bilərdi. O vaxt qələbəyə görə 65 rubl verirdilər. Hansı rəqiblə oynamağın da fərqi var idi. Əgər bir ayda üç oyunda qələbə qazanırdıqsa, dövlət komitəsinin verdiyi pulu də nəzərə alsaq, 1500, ən pis halda 600-700 rubl çıxırdı”.
0