Məşqçi evlənir, 60 yaşında... - FOTO
08.10.2009 - 14:01
Məşqçi evlənir, 60 yaşında... - FOTO
Türkiyənin “Beşiktaş” futbol klubunun baş məşqçisi Mustafa Dənizli həyatında ikinci dəfə evlənmək qərarına gəlib. Lent.az-ın “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, 60 yaşlı mütəxəssis yaxın vaxtlarda 35 yaşlı Evin Elçi ilə nikaha girəcək.

Hacettepe Universitetinin Sosiologiya fakültəsinin məzunu olan Elçi ABŞ-ın Kolumbiya Universitetində magistr təhsili alıb. O, kürd dilini də bildiyindən, Şimali İraqda müharibədən zərərçəkənlər üçün müxtəlif layihələrdə çalışıb.

Qeyd edək ki, Mustafa Dənizli ilk dəfə 1977-ci ildə qızı Selinin anası Jülyet Aruhla evlənib. Onlar 12 ildən sonra boşanıblar. Dənizli bundan sonra 14 ilədək kübar ailədən çıxan gözəl Çiğdəm Kayalı ilə eşq yaşayıb. Onlar 5 il öncə ayrılıblar. Bu bərabərlikdən Dənizlinin Lal adlı qızı dünyaya gəlib.
0