Azərbaycan futbol yığmasında əcnəbi məşqçi debüt edəcək
08.10.2009 - 14:41
Azərbaycan futbol yığmasında əcnəbi məşqçi debüt edəcək
19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının I seçmə mərhələsinin XIII qrupunun oyunları sabah start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da mübarizə apardığı qrupun oyunları İsraildə keçirilir. Yığmamız oktyabrın 14-dək davam edəcək oyunlarda meydan sahibləri ilə yanaşı, Danimarka və Polşa ilə də münasibətlərini ayırd edəcək.

İsrail – Azərbaycan
Baş hakim: Xristo Ristoskov (Bolqarıstan)
Baş hakimin köməkçiləri: Ventsislav Qavrilov (Bolqarıstan), Spridon Trifonas (Yunanıstan)
Dördüncü hakim: Mixail Kukulakis (Yunanıstan)
Hakim-inspektor: Yojef Krula (Çexiya)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
9 oktyabr, saat 16:00, Nes Ziona. Nes Ziona stadionu

Polşa – Azərbaycan
Baş hakim: Xristo Ristoskov (Bolqarıstan)
Baş hakimin köməkçiləri: Ventsislav Qavrilov (Bolqarıstan), Eyal Hatuka (İsrail)
Dördüncü hakim: Ziv Adler (İsrail)
Hakim-inspektor və UEFA nümayəndəsi: Yan Faşunq (Slovakiya)
11 oktyabr, saat 19:00, Kfar Saba. Lavita stadionu

Azərbaycan - Danimarka
Baş hakim: Mixail Kukulakis (Yunanıstan)
Baş hakimin köməkçiləri: Spridon Trifonas (Yunanıstan), Eyal Hatuka (İsrail)
Dördüncü hakim: Ziv Adler (İsrail)
Hakim-inspektor və UEFA nümayəndəsi: Yan Faşunq (Slovakiya)
14 oktyabr, saat 19:00, Kfar Saba, Lavita stadionu
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Sabah start götürəcək birincilik yığmamızın tarixində XVI yarış olacaq. İndiyədək 7 dəfə U-18, 2001-ci ildən etibarən isə U-19 komandalarının mübarizəsinə qoşulan millimiz Avropa çempionatlarının seçmə oyunlarında uğursuz çıxış edir. İndiyədək yalnız 1 dəfə -2006/07 mövsümündə Arif Əsədovun başçılıq etdiyi yığma ilkin mərhələni adlaya bilib. Digər 14 halda isə futbolçularımız elə ilk qrup səddinə ilişib. İkinci dəfə həmin uğuru yaşamaq üçün çalışacaq U-19 üçün İsraildəki oyunlar daha bir məqamla əlamətdar olacaq.

19 yaşadək futbolçularımız tarixində ilk dəfə rəsmi matça əcnəbi baş məşqçinin rəhbərliyi altında çıxacaq. Sabahkı matç almaniyalı Bernard Lippertin U-19-dakı debütü olmaqla yanaşı, onun adını tarixə yazacaq. O, Əsgər Abdullayev, Valeri Hacıyev, Yaşar Vahabzadə və Şakir Qəribovdan sonra aşağı yaş qruplarından olan bütün yığmalarla rəsmi oyunlara çıxmış V baş məşqçi olacaq. Adıçəkilənlərdən yalnız biri – Abdullayev əsas yığmada da işləmək imkanı qazanmaqla mütləq rekordun sahibidir. Lippert bunu həm U-17, həm də U-21-lə xeyli əvvəl bacarıb. Ümumilikdə isə indiyədək 10 baş məşqçinin rəhbərliyi altında 42 qarşılaşma keçirən yığmamız vur-tut 8 qələbə qazanıb.

mövsüm

Baş məşqçi

o

q

h

m

t

x

U-18

1994/95

Valeri Hacıyev

2

0

0

2

0-9

0

1995/96

Vladimir Bruxti

2

0

0

2

1-5

0

1996/97

Vaqif Sadıqov

2

1

0

1

1-1

3

1997/98

Vaqif Sadıqov

2

0

0

2

2-5

0

1998/99

Əsgər Abdullayev

3

1

0

2

1-4

3

1999/00

Şahin Diniyev

2

0

0

2

1-4

0

2000/01

Şahin Diniyev

3

1

0

2

2-13

3

U-19

2001/02

Şakir Qəribov

2

0

0

2

1-4

0

2002/03

Şakir Qəribov

3

1

0

2

3-11

3

2003/04

Yaşar Vahabzadə

3

0

1

2

2-9

1

2004/05

Nadir Qasımov

3

0

1

2

1-5

1

2005/06

Böyükağa Ağayev

3

0

0

3

2-11

0

2006/07

Arif Əsədov

6

2

1

3

7-17

7

2007/08

Arif Əsədov

3

1

1

1

2-3

4

2008/09

Yaşar Vahabzadə

3

1

1

1

6-2

4

Cəmi

42

8

5

29

32-103

29

0