Bukmeker kontorunda 13 min manat udan futbolçumuzun adı açıqlandı
08.10.2009 - 14:50
Bukmeker kontorunda 13 min manat udan futbolçumuzun adı açıqlandı
Bu ilin sentyabrın 23-də bukmeker kontorundan 13 min manat udan Azərbaycan milli komandasının futbolçusunun adı məlum olub. Apasport.az saytının xəbərinə görə, oyuna pul qoyuluşundan qazanan yığmamızın ukraynalı legioneri Aleksandr Çertoqanovdur.

Məlumat üçün qeyd edək ki, bu barədə ilk dəfə lent.az saytı xəbər yazmışdı. Ancaq bu portal həmin vaxt futbolçunun adını yazmağı məqsədəuyğun saymamışdı. Bununla belə, ultrasport.az saytı araşdırma apararaq, həmin futbolçunun Çertoqanov olduğunu müəyyənləşdirib. Deyilənə görə, bu, futbolçunun ilk belə uduşu deyil. Oyunların nəticələrinə mütəmadi pul qoyan ukraynalı daha əvvəllər də 10 min və 14 min ABŞ dolları məbləğində uduşa sahib olubmuş.
0