Lixtenşteyn yığması 724 gündür qələbəyə həsrətdir
08.10.2009 - 15:29
Lixtenşteyn yığması 724 gündür qələbəyə həsrətdir
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Lixtenşteyn yığması uğursuz seriya yaşayır. Apasport.az saytının hesablamalarına görə, cırtdan ölkə təmsilçisi 2 ilə yaxındır qələbə qazana bilmir. Lixtenşteyn millisi sonuncu dəfə 2007-ci ilin oktyabrının 17-də sevinib. Həmin vaxt rəqibimiz öz meydanında İslandiyanı darmadağın edib – 3:0.

Həmin matçın ikinci ildönümünə 1 həftə qalmış yığmamızla görüşəcək Hans Peter Zauqun yetirmələri bu seriyanı 724 günündə qırmaq arzusundadır. Bu müddətdə keçirdiyi 16 qarşılaşmanın yarısında 8-də böyük hesabla uduzan lixtenşteynlilər daha 6 dəfə abırlı məğlubiyyət alıb. Rəqibimizin uduzmadığı 2 görüşdən biri ötən ilin sentyabrın 10-da Bakıda, digəri isə ötən ay Finlandiya ilə Vadutsda qeydə alınıb.

Millimiz istisna olmaqla, bu görüşlərdəki bütün rəqibləri Lixtenşteynin qapısına heç olmasa 1 qol vurub. Ardıcıl 9 matçdır ki, onlar qapısının toxunulmazlığını saxlaya bilmir.
0