“Bakı” - “Xəzər-Lənkəran” görüşünün də vaxtı dəyişdirildi
08.10.2009 - 15:34
“Bakı” - “Xəzər-Lənkəran” görüşünün də vaxtı dəyişdirildi
Unibank Premyer Liqasının ikinci dövrəsinin I turu çərçivəsində “Bakı” – “Xəzər-Lənkəran” oyununun vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, təqvimə əsasən noyabrın 28-də keçirilməli olan görüş bir gün sonra baş tutacaq.

Məlum olduğu kimi, bu komandalar arasında sentyabrın 16-da Lənkəranda keçirilən görüş güclü yağış yağması səbəbindən yarımçıq dayandırılıb. İlk turdan təxirə salınmış həmin görüşün noyabrın 25-də keçiriləcəyi təsdiqlənib. Məhz buna görə də həmin komandalar arasında ikinci dövrənin görüşü bir gün sonraya salınıb.
0