“Olimpik-Şüvəlan”la “Qəbələ” ortaq məxrəcə gəldi
08.10.2009 - 15:39
“Olimpik-Şüvəlan”la “Qəbələ” ortaq məxrəcə gəldi
Peşəkar Futbol Liqası (PFL) “Olimpik-Şüvəlan” və “Qəbələ” klublarının rəsmi müraciətini müsbət cavablayıb. PFL-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, UniBank Premyer Liqasının təqvimi ilə oktyabrın 18-də keçirilməli olan görüş bir gün əvvəl baş tutacaq. Bununla əlaqədar quruma ilk olaraq “Olimpik-Şüvəlan” müraciət edib. PFL rəhbərliyi “Qəbələ”nin də bu müraciətə müsbət cavab verməsini nəzərə alaraq, oyunun oktyabrın 17-də keçirilməsi haqda qərar çıxarıb.
0