“Xəzər-Lənkəran” klubunun “Qaziantepspor”la oyunu baş tutmadı
08.10.2009 - 15:54
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” bu gün ikinci hazırlıq matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri əvvəldən nəzərdə tutulduğu kimi, Superliqada çıxış edən “Qaziantepspor”la deyil, həvəskar statusu daşıyan aşağı dəstə təmsilçisi “Kadriye Bələdiyyəsi Spor”la qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Xəzər-Lənkəran” üçüncü sınaq oyunundakı rəqibi də dəyişib. Cənub təmsilçisi “İstanbul Böyükşəhər Bələdiyyəsi Spor” deyil, digər Superliqa klubu “Antalyaspor”la üz-üzə gələcək. Bu dəyişikliklərə türk komandalarının planlarını dəyişib ilkin razılığa əməl etməməyi səbəb olub.

0
0