PFL günə 8 oyun keçirməyə məcbur oldu
08.10.2009 - 16:17
Azərbaycan kubokunun 1/8 final mərhələsinin vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mərhələnin ilk qarşılaşmaları noyabrın 4-də, cavab görüşləri isə 11-də baş tutacaq.
Yarışların təqvimi müəyyənləşərkən bu tarixlər müvafiq olaraq 4-5 və 11-12-si kimi göstərilmişdi. Azərbaycan milli komandasının oyunları, həmçinin “Bakı” və “Qarabağ”ın Avropa Liqasındakı çıxışları ilə əlaqədar təqvimdə yaranan sıxlıq 1/8 final görüşlərinin eyni günə təyin olunmasına səbəb olub.

0
0