Vaqif Sadıqov Mirbağır İsayevə qarşı
08.10.2009 - 16:21
Sabah Bakının “Neftçi” klubu yeni baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında ilk oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, gündə iki dəfə məşq edən flaqman əvəzedici komandası ilə yoldaşlıq görüşü keçirəcək. Saat 11:00-da keçirilməsi nəzərdə tutulan oyun klubun bazasındakı meydançada baş tutacaq.
Qeyd edək ki, əvəzedici komandanı cari mövsümdən 35 yaşlı Mirbağır İsayev çalışdırır. Vaxtilə Sadıqovun rəhbərliyi altında elə “Neftçi”də də oynayan İsayevin onun köməkçisi olacağı haqda söz-söhbət gəzirdi.

0
0