İlham Yadullayev: Mən hələ də şokdayam!
08.10.2009 - 16:32
Yevlaxın “Karvan” klubundan qovulan kapitan İlham Yadullayevin apasport.az saytına müsahibəsi
- “Karvan”dan kənarlaşdırılmağınıza nə ilə izah edə bilərsiniz?
- Nə ilə bağlı deyəndə ki, rəhbərlik buna izah verib, ya yox? Bundan xəbərim olmadığı üçün soruşuram.
- Baş məşqçi Yunis Hüseynov saytımıza bildirib ki, son oyunlarında çıxışınız onu qane etmirdi...
- Qane etmir deyəndə ki, Yunis müəllim məşqçidir və onun işinə qarışa bilmərəm. Əgər fikirləşirsə ki, zəif oynayıram... Sadəcə, deyə bilərəm ki, məncə, futbolçu zəif oynayanda onu komandadan çıxartmırlar. Bu zaman onu əsas heyətdən çıxarırlar, və ya “18-liy”ə salmırlar. Yaxud başa salırlar ki, hansı cəhətlərə görə zəifdir. Birdən-birə belə qərar vermək mənə qaranlıq aldı. Hələ də şokdayam.
- Özü də nəzərə alaq ki, siz komandada kapitan sarğısını daşıyırdınız. Kapitana qarşı belə qərarı gözlənilməz saymaq olar?
- Mən də belə fikirdəyəm. Bütün oyunları əsas heyətdə, özü də 90 dəqiqə oynamışam. Əgər həmin görüşlərdə zəif oynamışamsa, məni əvəzləmək olardı. İndiyədək Yunis müəllimdən birinci dəfə eşitdim ki, zəif oynayıram, onu qane etmirəm.
- Yunis Hüseynovla uzun müddət “Karvan”da birgə çalışmısınız, onunla hələ “Neftçi”də bir yerdə oynamısınız. Yəni, sizi yaxşı tanıyır. Ola bilərmi ki, rəhbərlik sizdən narazı qaldığı üçün belə bir qərar verilib?
- Məşqçilik ayrı, dostluğumuz ayrı. Mən ona həmişə böyük kimi baxmışam. Hüseynov mənə həmişə köməklik edib. Dedi ki, bu, öz qərarıdır. Sadəcə, inana bilmirəm ki, o, belə qərar versin. Məsələnin o biri tərəfi haqda ayrı şey fikirləşə bilmərəm. Sadəcə, haradasa bir ay bundan əvvəl mətbuatda çıxan müsahibəmdə “Karvan”da ötən mövsümkü problemlərə toxunmuşdum. Həmin vaxt dediyim sözlər rəhbərliyin xoşuna gəlməmişdi.
- İndi buna görə peşman deyilsiniz ki? Bəlkə rəhbərlik elə buna görə sizi komandadan çıxarıb?
- Ola bilər. Çünki həmin müsahibədən sonra məni hətta cərimə də etdilər. Amma həmin vaxt elə bir səs-küylü açıqlama verməmişdim. Yəni, keçən mövsümkü problemlər göz qabağında idi. Axı deyə bilməzdim ki, bu, başqa cür olub. Həmin maliyyə problemləri çempionat bitəndən sonra həll olundu. Klub prezidenti bunu yoluna qoydu, yeni komanda yığdılar. Bizlərlə bağlanılan yeni müqavilələrlə heç bir problem yox idi. Mən bunu demişəm. Ya düz başa düşməyiblər, yaxud mən düz aydınlıq gətirməmişəm.
- Hər futbolçu əvəzedici komandada oynamağı qəbul etmir. 34 yaşınızın olduğunu nəzərə alsaq, əvəzedicilərdə “uşaq-muşaq”la oynamağa razılıq verərdinizmi?
- Hələ ötən mövsüm elə olurdu ki, Yunis müəllim məni əsas heyətə salmırdı, ehtiyatda olurdum. Belə şeylər olub. Baş məşqçi hansı səbəbdən məni ehtiyatda saxladığını, hansı cəhətdən zəif olduğumu mənə başa salırdı. Mən də bunu başa düşürdüm, məşq edib, öz üzərimdə işləyirdim. Futbolçunun zəif çıxış etdiyi vaxt olur. Baş məşqçi səni başa salırsa, bunun üzərində çalışıb, problemi aradan götürürsən. Cari mövsümdə əsas heyətdə oynamağım o demək deyil ki, orada yerim “bronlaşmışdı”. Heç kimin əsas heyətdə yeri həmişə təmin olunmayıb. Görmüşük ki, zəif oynayanda ya əvəz edərlər, ya başa salarlar. İndiyə kimi belə söhbət olmayıb. Mən demirəm ki, super, güclü oynamışam. Olub ki, zəif oynamışam, komanda da gözlənilənlərdən zəif çıxış edib. Sadəcə, bu, səbəb deyildi ki, məni komandadan uzaqlaşdırasan.
- Uzun müddət oynadığınız “Karvan”dan da bir ara kənarda qalmışdınız. Həmin vaxt nə problem yaranmışdı?
- Müqaviləm bitdiyi üçün “Karvan”dan ayrılmışdım. Sonradan müqaviləm bağlayıb, geri qayıtmışam. Yəni, heç vaxt belə bir problem olmayıb. “Karvan”da çıxış etdiyim dörd ilə yaxın müddətdə bu cür problemlə üzləşməmişdim.
- Mövsümün yeni başladığını nəzərə alsaq, futbolçunun indi çıxarılması onu çətin vəziyyətə qoyur. Yəni “transfer pəncərəsi” ilin sona kimi bağlı olduğu üçün başqa kluba keçə bilməzsən. Bu, futbolçunun maddi vəziyyətinə də təsir göstərir. Vəziyyətdən necə çıxmaq fikrindəsiniz?
- Hələlik çıxış yolu heç nə görmürəm. “Transfer pəncərəsi” bağlı olduğu üçün indi heç bir kluba gedə bilmərəm. Məni elə vəziyyətdə çıxartdılar ki (gülür). Bunu sivil qaydada da etmək olardı. Yəni, heç olmasa ilin sonuna kimi saxlayardılar və “transfer pəncərəsi” açılanda buraxardılar.
- Sizinlə müqavilə qarşılıqlı razılıqla pozulub?
- Vallah, bu barədə heç nə deməmişəm. Yunis müəllimlə danışıb, komandadan ayrılmışam. Bir yer də yoxdur ki, deyim, ora gedirəm. Yəqin ki, onlar müqaviləni pozurlarsa, problem ola bilməz. Bunun necə olacağını hələ fikirləşməmişəm. Qismət olsun, gözləyərik, görək necə olar.
- Məşqçinin müqaviləsi vaxtından əvvəl pozulanda ona kompensasiya verib, razı salırlar. Bəs siz futbolçularda belə şeylər olur? Heç olmasa, 2-3 aylıq pulunuzu verirlərmi?
- (gülür) Yox, elə bir şey olmayıb.
- 34 yaşı karyeranızı bitirmək üçün tez sayırsınız, yoxsa?
- Vallah, hələ futbol oynamağa, həvəsim də var idi, gücüm də. Belə qurtarmaq arzusunda deyildim. Bu cür alındısa, deməli, qismət belə imiş. “Transfer pəncərəsi”nin açılmasını gözləyərik. Hansısa komanda təklif etsə, gedib, canla-başla oynayaram.

0
0