FİFA “Neftçi”nin qapıçısını qoruyacaq
08.10.2009 - 17:17
FİFA Serbiya milli komandasını hədələyib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bu ölkənin əsas yığmasından 2010-cu il dünya çempionatının seçmə mərhələsində bir neçə xal ala bilər. Belə sanksiya serb azarkeşlərin milli komandalarının Rumıniya ilə oktyabrın 10-da ev, bundan 4 gün sonra Litva ilə səfər oyununda qaydaları pozacağı halda tətbiq olunacaq.
Avroliqa çərçivəsində sentyabrın 17-də Belqradda yerli “Partizan”la Fransanın “Tuluza” klubları arasında keçirilən görüşdə qonaq komandanın iki azarkeşi döyülüb. Bunlardan biri sonradan dünyasını dəyişib. Azarkeşlərin döyülməsi ilə bağlı insident stadiondan kənarda baş verdiyi üçün “Partizan” cəzadan yaxa qurtarıb.
FİFA cari seçmə mərhələnin gedişində Serbiya Futbol İttifaqını bir neçə dəfə cərimələyib. İndi isə serblərə xallarını əlindən alınacağı ilə hədə-qorxu gəlinib ki, bu da onlara başa gələ bilər. Axı öz qrupunda 19 xalla lider olan Serbiya ən yaxın izləyicisi Fransanı 4 xal qabaqlayır. Onlara dünya çempionatına birbaşa çıxmaq üçün qalan iki oyunda iki xal da bəsdir.
Qeyd edək ki, Litva yığmasının Serbiya ilə oyununa Bakının “Neftçi” klubunun qapıçısı Paulius Qribauskas da çağırılıb.

0
0