“Azərbaycanla oyuna hazırıq”
08.10.2009 - 17:58
“Mövsümün sonu olmasına baxmayaraq, yorğunluqdan söhbət gedə bilməz. Axı bizi qarşıda məsul oyunlar gözləyir. Almaniya və Azərbaycanla görüşlər bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının müdafiəçisi Aleksey Berezutski deyib.
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya (oktyabrın 10-u) ilə Moskvada, Azərbaycanla (oktyabrın 14-də) Bakıdakı görüşə çağırılan MOİK-in futbolçusu özünü bu oyunlara hazır sayır: “Hazıram. Fikrimcə, bunu Almaniya və Azərbaycanla oyunlara çağırılan digər futbolçulara da aid etmək olar. Almaniya ilə cavab görüşündə əvəz çıxmaq haqda danışmağın mənası yoxdur. Rusiya səfərdə uduzub, ancaq indi hər şey əlimizdədir. Bu, dünya çempionatına birbaşa vəsiqə verən oyun olacaq. Düzdür, Almaniya cari seçmə mərhələdə bir dəfə olsun uduzmayıb və bizi bir xal qabaqlayır. Buna görə də onları bir xal da qane edəcək. Ancaq bu, almanları daha zəif etmir”.
Qeyd edək ki, Aleksey MOİK-də və milli komandada bir yerdə oynadığı əkiz qardaşı Vasili Berezutskidən fərqli olaraq milli komandamızla martın 28-də Moskvada keçirilən rəsmi oyunda (0:2) ehtiyatda qalıb.

0
0