AFFA rəsmisi Belarusda nöqsan tapmadı
08.10.2009 - 18:23
AFFA rəsmisi Belarusda nöqsan tapmadı
AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi, UEFA-nın Marketinq-Məşvərət Komitəsinin üzvü Cavid Qarayev Belarusun paytaxtı Minskdə olub. Apasport.az saytının məlumatına görə, Qarayev FİFA-nın nümayəndəsi, xanım Mişel Koksla birgə Belarus Futbol Federasiyasında yoxlama aparıb. İkigünlük yoxlamanın nəticələrini müsbət qiymətləndirən Qarayev belarusluların fəaliyyətində nöqsan aşkarlanmadığı bildirib. AFFA rəsmisi aparılan yoxlama ilə bağlı FİFA-ya hesabat verəcək.