Premyer Liqadan Superliqaya yollanan məşqçi kimdir?
08.10.2009 - 18:27
Türkiyənin “Sivasspor” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bülənt Uyğunun istefasından sonra baş məşqçisiz qalan Sivas təmsilçisini Mühsin Ərtoğrul çalışdıracaq.
Klub rəhbərliyi CAR Premyer Liqasında çıxış edən “Ayaks” klubunun türk məşqçisi ilə görüşərək anlaşa bilib. Ərtoğrul yeni komandasına görə afrikalılarla müqaviləsini pozub. Bir həftədən sonra 50 illik yubileyini qeyd edəcək mütəxəssis uzun illər çalışdığı “Qara qitə”də uğur da qazanıb.
2001-ci ildə “Kayzers Çimf”lə qitənin Kuboklar kubokunu əldə edib. Bundan başqa, Konqo-Zair yığmasını Afrika Millətlər kubokuna çıxaran Ərtoğrul ¼ finala qədər irəliləyə bilib. Alman və ingilis dillərini bilən məşqçi vətənində az işləsə də, “Trabzonspor” kimi komandada çalışmaq imkanı qazanıb.

0
0