Lixtenşteynə qarşı bu futbolçular oynayacaq
08.10.2009 - 18:31
Bu gün futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Lixtenşteynlə görüşə hazırlıq məqsədilə Vadutsda ilk məşqə çıxıb. Apasport.az saytının Vadusta ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bir saatlıq məşq rəsmi matçın keçiriləcəyi “Reynpark” stadionunda gerçəkləşib. Hazırlıq prosesinin əvvəlində baş məşqçi Berti Foqts futbolçuları iki hissəyə bölüb. Əsas heyətdə oynayacağı gözlənilən Kamran Ağayev, Maksim Medvedyev, Mahir Şükürov, Ernani Pereyra, Aleksandr Çertoqanov, Cavid Hüseynov, Elvin Məmmədov, Vaqif Cavadov və Daniel Axtyamov meydanın bir, qalan futbolçular isə digər hissədə məşq ediblər.
Standart vəziyyətlər üzərində işləyən futbolçular daha sonra cəm şəklində meydanın mərkəzində mübarizəyə girişiblər. Bu zaman Elnur Allahverdiyev də yuxarıda adları çəkilən “9-luğ”a qoşulub. Bu isə Foqtsun Lixtenşteynlə görüşdə bir futbolçu istisna olmaqla, start heyəti müəyyənləşdirdiyi anlamına gəlir. Məşq yüngül qaçışla yekunlaşıb.
Qeyd edək ki, oktyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək Lixtenşteyn - Azərbaycan oyunu AzTV və “İdman Azərbaycan” telekanalları vasitəsilə canlı yayımlanacaq.

0
0