AFFA-nın I vitse-prezidenti: Daha gözləməkdən keçib
08.10.2009 - 20:49
“AFFA rəhbərliyi yığmanın nailiyyət qazanması üçün bütün şəraiti yaradıb. Biz də milli komandamızdan uğurlu nəticə gözləyirik. Açığı, daha gözləməkdən də keçib”. Bu sözləri apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.
Oktyabrın 10-da dünya çempionatının seçmə mərhələsində keçiriləcək Lixtenşteyn - Azərbaycan matçı barədə danışan Əliyev hər şeyin futbolçularımızdan asılı olduğunu söyləyib: “Lixtenşteynə qalib gəlmək şansımız var. Birincisi, komandamız bu oyuna tam hazırdır. İkincisi isə rəqibin heyətində itkilər var. Həm də Lixtenşteyn Avropanın güclü kollektivlərindən deyil ki, onlardan çəkinək. Yığmamızın qələbə qazanmasını çox istəyirik. Bunun sayəsində heç olmasa seçmə mərhələnin sonlarında ilk qələbəni rəsmiləşdirə, xal ehtiyatımızı artıra bilərik”.

0
0