“Allah eləməmiş, Lixtenşteynə uduzsaq...”
09.10.2009 - 00:55
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Milli komandamız Lixtenşteynlə görüşə necə hazırlaşıb?
- Bu matçla bağlı çox söz-söhbətlər gedir. Hamı bu oyunda bizdən qələbə gözləyir. Biz də Lixtenşteyni məğlub etmək istəyirik. Həm də onu nəzərə almaq lazımdır ki, Lixtenşteynin 2, bizim isə 1 xalımız var. Qələbə sayəsində turnir cədvəlində axırıncı pillədən qurtulacağıq. Eşitdiyimə görə, Lixtenşteynin heyətində bir neçə futbolçu oynaya bilməyəcək. Hər halda, yığmamızın futbolçuları əzmlə çalışırlar ki, qələbə qazansınlar.
- Rəşad Sadıqov zədəli, Samir Abbasov isə cəzalı olduğundan kapitan sarğısını sizin daşıyacağınız gözlənilir. Bu məsuliyyəti öz üzərinizə götürməyə hazırsınızmı?
- Kapitanlıq bir az məsuliyyətlidir. Çalışacağam ki, bu vəzifənin öhdəsindən gəlim, komandanı bir yerə toplayım. İnşallah, buna nail olacağam.
- Bakıdakı heç-heçədən sonra Vadutsda qalib gəlmək şansımız nə qədərdir?
- Bizim başqa yolumuz yoxdur, qələbə qazanmağa məcburuq. Allah eləməmiş, Lixtenşteynə uduzsaq, sonra Azərbaycana qayıtmaq var! Mən əlimdən gələn hər şeyi edəcəyəm ki, rəqibi məğlub edək.
- Lixtenşteynə qarşı bir neçə aparıcı futbolçumuz, xüsusilə müdafiəçilər forma geyinməyəcəklər. Amma belə fikir səslənir ki, onların yoxluğu hiss olunmayacaq, çünki biz hücum taktikası seçəcəyik. Bu fikirlə razısınız?
- Rəşad Sadıqov, Saşa Yunisoğlu, Samir Abbasov kimi futbolçuların olmaması bir tərəfdən bizim əleyhimizədir. Ona görə ki, arxa xətdə 3 oyunçu - Vladimir Levin, Ernani Pereyra və Ruslan Abuşov yığmada az çıxış ediblər. Bununla belə, Lixtenşteyn komandasında da itkilər var. Amma onlar bundan faciə yaratmırlar. Sadəcə, ayın 10-da başımızı aşağı salıb, öz oyunumuzu göstərməliyik.

0
0