“Simurq” Gürcüstanda uduzdu
09.10.2009 - 12:02
Gürcüstanda təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının lideri yerli “Olimpi” ilə qarşılaşıb. Roman Pokoranın yetirmələri Rustavi təmsilçisi ilə görüşdə məğlubiyyətdən yaxa qurtara bilməyib – 2:3.
Əvvəlcədən bu qarşılaşmanın Tiflisdə baş tutacağı gözlənilsə də, rəqiblər Bolnisinin "Sioni" stadionunda üz-üzə gəlib. Buna rustavililərin xahişi səbəb olub. Tərəflər limitsiz əvəzetməyə razılaşdığından, Pokora bu qarşılaşmada ixtiyarında olan bütün futbolçulara oynamaq şansı verib. Matçda vurulan bütün qollar ikinci hissəyə təsadüf edib. "Olimpi" 2 dəfə fərqlənərək irəli çıxsa da, David Bolkvadze və Nikolay Petrovun qolları sayəsində “Simurq”un hesabda tarazlığı bərpa edib. Lakin gürcülər son dəqiqələrdə qələbə topuna imza ata bilib. Matçdan sonra Tiflisə qayıdan zaqatalalılar vətənə dönəcəkləri günə - 12 oktyabradək daha bir yoxlama görüşü keçirməyi planlaşdırırlar.

0
0