“Xəzər-Lənkəran” türk həvəskarlara dərs keçdi
09.10.2009 - 12:08
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” ikinci hazırlıq matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri həvəskar statusu daşıyan aşağı dəstə təmsilçisi “Kadriye Bələdiyyəsi Spor”la qarşılaşıb. Lənkəranlılar bu qarşılaşmada böyük hesablı qələbə qazanıb – 4:1. “Xəzər-Lənkəran”ın heyətində Allan Lalin 2, Ceyhun Sultanov 1 qol vurub. Daha bir dəfə meydan sahibləri qapıları səhv salaraq, avtoqola imza atıb.
Qeyd edək ki, ilk matçında “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub edən lənkəranlılar Türkiyədəki üçüncü sonuncu yoxlama matçında Superliqa klubu “Antalyaspor”la üz-üzə gələcək.
Qeyd edək ki, ilk matçında “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlub edən lənkəranlılar Türkiyədəki üçüncü sonuncu yoxlama matçında Superliqa klubu “Antalyaspor”la üz-üzə gələcək.
0
0