UEFA kuboku oyunları Bakıda
09.10.2009 - 12:10
UEFA kuboku oyunları Bakıda
Futzal üzrə UEFA kubokunun ikinci seçmə mərhələsinə vəsiqə qazanan Naxçıvanın “Araz” klubu elit raundun matçlarını Bakıda keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya rəhbərliyi UEFA-ya müraciət edərək, bu mərhələnin bir qrupuna ev sahibliyi etmək arzusunu bildirib. Avropa futbol qurumu turnirin elit raundunda “Araz”ın mübarizə aparacağı qrupun oyunlarının Bakıda təşkil olunması üçün irəli sürülən namizədliyi müsbət cavablandırılıb.

Qeyd edək ki, ikinci seçmə mərhələnin püşkatma mərasimi oktyabrın 13-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Bu mərhələnin oyunları isə noyabrın 14-dən 22-dək olan müddətdə keçiriləcək.