Azərbaycan – Avstriya matçı canlı yayında
09.10.2009 - 12:20
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avstriyalı həmyaşıdları ilə rəsmi oyunu canlı yayımlanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sabah saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş “İdman Azərbaycan” kanalı ilə birbaşa efirə veriləcək.
Qeyd edək ki, adıçəkilən kanal Az.TV ilə birgə milli komandamızın Lixtenşteyn yığması ilə sabahkı rəsmi oyununu da canlı yayımlayacaq. Vaduts şəhərində keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0
0