Futbol yığmamız alman məşqçisiz qalib gəlməlidir
09.10.2009 - 12:27
Futbol yığmamız alman məşqçisiz qalib gəlməlidir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq yığmamız Avstriya ilə qarşılaşacaq.

İlk iki matçda minimal fərqli məğlubiyyətlər alan Bernard Lippertin yetirmələri bu dəfə alman baş məşqçisiz mübarizə aparmalı olacaq. U-19-la İsraildə keçirilən seçmə oyunlara yollanan 47 yaşlı mütəxəssisin yoxluğunda komandaya onun köməkçiləri Nazim Süleymanovla Əfqan Talıbov rəhbərlik edəcək. Ötən il martın 26-da əsas yığmanı Litva ilə yoldaşlıq oyununa da çıxarmaq imkanı qazanan Süleymanov indi də doğma publika önündə debüt şansı qazanıb.

Qeyd edək ki, komandamızın Belarusla oyununda olduğu kimi yenə stadiona giriş pulsuz olacaq.

Sabah saat 19:00
Azərbaycan - Avstriya

Baş hakim: Meyr Levi
Baş hakimin köməkçiləri: Abed Alramili, Dvir Şimon
Dördüncü hakim: Moşe Buhbut
(Hakimlər briqadası İsraildəndir)
Hakim-inspektor: Livio Bazzoli (İtaliya)
UEFA nümayəndəsi: Yusuf Namoğlu (Türkiyə)
Bakı. T.Bəhramov adına Respublika stadionu

Sabah yığmamızın mübarizə apardığı X seçmə qrupda daha bir qarşılaşma keçiriləcək. Millimizlə eyni saatda Şotlanduyada üz-üzə gələcək meydan sahibləri ilə Belarus yığmaları kimin güclü olduğunu müəyyənləşdirəcək.

1

Belarus

2

2

0

0

5-3

6

2

Avstriya

3

2

0

1

5-3

6

3

Şotlandiya

3

2

0

1

6-3

6

4

Albaniya

4

1

0

3

4-9

3

5

Azərbaycan

2

0

0

2

2-4

0