X ayın X günü: Yenə darmadağın?
09.10.2009 - 13:31
Dünya çempionatının seçmə mərhələsinin növbəti görüşündə Lixtenşteynin qonağı olacaq Azərbaycan milli komandası 11 illik acı tarixi unutdurmağa çalışacaq. Apasport.az saytının məlumatına görə, Vaduts şəhərindəki oyunu oktyabrın 10-da keçirəcək futbolçularımız ikinci dəfə bu tarixdə meydana çıxacaq.
17 illik tarixində 157 matç keçirən komandamız yalnız 1998-ci ilin X ayının X günündə oyun keçirib. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsində Macarıstanla üz-üzə gələn millimiz Bakıda biabır olmuşdu – 0:4. Sabahkı rəqibimiz olan Lixtenşteynin 133 oyundan ibarət tarixində də 10 oktyabra təsadüf edən yeganə matç həmin gün keçirilib. Macarların Vaqif Sadıqovun yetirmələrini “kötəklədiyi” vaxtda Slovakiya yığması Vadutsu top “atəşinə” tutmuşdu – 4:0. Bir sözlə, həm Azərbaycan, həm də Lixtenşteyn sabahkı tarixdə eyni hesabla darmadağın olub.

0
0