Dünyanın ən yaxşı futbolçusu dopinqdə ilişdi
09.10.2009 - 13:19
İtaliya milli komandasının kapitanı Fabio Kannavaro dopinq testdə ilişib. Apasport.az saytının məlumatına görə, 2006-cı ildə keçirilən dünya çempionatının qalibi olan 36 yaşlı müdafiəçinin analizində dopinq tapılıb.
Üç il əvvəl həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən Fabioda kortizon preparatı aşkarlanıb ki, bu da qadağan olunmuşlar sırasında yer alıb. Kannavaronun çıxış etdiyi “Yuventus” klubunun rəhbərliyi preparatın futbolçunun orqanizminə necə daxil olması ilə bağlı açıqlama da verib.
Onların sözlərinə görə, Fabionu arı sancdığı üçün klubun həkimləri ona məcburiyyət qarşısında qalaraq allergiyaya qarşı dərman veriblər və kortizon da bu preparatın tərkibində olub. Kannavaro kortizondan istifadənin zəruriliyi ilə bağlı vaxtında müraciət etsə də ona icazə verilməyib. Futbolçunun taleyinə İtaliya Olimpiya Komitəsinin antidopinq komissiyası aydınlıq gətirərək onun cəzalanıb-cəzalanmamağına qərar verəcək.

0
0