Qus Hiddink: Bakıdakı görüşə qədər bığım yenidən çıxa bilər
09.10.2009 - 13:38
“Almanlarla oyun bizim üçün çox vacib olsa da, hər şeyi həll etmədiyini də unutmaq olmaz. Əgər qələbə qazansaq belə, bizi daha bir oyun – Azərbaycanla görüş gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.
Sabah 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə rəsmi oyunda görüşəcək təcrübəli holland mütəxəssis indi yalnız nəticə haqda düşünür. Bunu əsas gətirən Hiddink milli komandamızla oktyabrın 14-də Bakıdakı görüşdə eksperiment etmək fikrində deyil: “Hələ Azərbaycanla görüşümüz olduğunu nəzərə alsaq, Almaniya ilə oyundan sonra qeyri-adi hərəkətlər etməyə hüququm yoxdur. Axı hələ məqsədimizə çatmamışıq! Əlbəttə, Azərbaycanla görüşü ona görə yada saldım ki, bu, mənə iki il öncə İsraillə uğursuz səfər oyunumuzu xatırladır. Gəlin, əvvəlcə ilk addımı ataq və yalnız bundan sonra ikincisi haqda düşünək”.
Rusiya Almaniyanı məğlub edəcəyi halda, qrup qalibi kimi dünya çempionatına birbaşa çıxmaq vəzifəsini böyük ölçüdə həll etmiş olacaq. Belə olan halda, rus həmkarlarımızı Hiddinkin nə etməyə hazır olmağa maraqlandırır. Yeri gəlmişkən, holland məşqçinin Madridin “Real” klubunu çalışdırdığı vaxta Qitələrarası kubokunu qazanandan sonra bığını qırxması onun yadına salınıb. Hiddinkin sözlərinə görə, Bakıya səfərinə qədər bunu etmək problem deyil: “Bu, uzun müddətli iş deyil. Beş günə bığ yenidən çıxa bilər. Ancaq bu akta hədsiz dərəcədə əhəmiyyət verməyə dəyməz”.

0
0