Azərbaycan milli komandası Lüksemburq yığmasının gününə düşə bilər
09.10.2009 - 15:52
Azərbaycan milli komandası Lüksemburq yığmasının gününə düşə bilər
Sabah Vadutsda keçiriləcək dünya çempionatının seçmə oyunu Azərbaycan milli komandasının tarixində 158-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk matçına 1992-ci ildə çıxan yığmamız indiyədək 157 görüşdə qüvvəsini sınayıb.

Lixtenşteynlə baş tutacaq oyun millimiz üçün əlamətdar da ola bilər. Belə ki, komandamız 4 dəfə qatıldığı dünya çempionatlarının seçmə mərhələlərində yubiley - 10 qolunu vura bilər. İndiyədək 36 belə oyun keçirən futbolçularımız orta hesabla hər matçda 0,25 dəfə rəqib qapısına yol tapıb.

Millimizlə müqayisədə 11 il artıq təcrübəyə malik Lixtenşteyn isə bizdən 43 oyun az keçirib. Əksər göstəricilərdə komandamızdan geri qalan “cırtdan”ın tarixi ərzində buraxdığı 350-ci qolun müəllifi azərbaycanlı futbolçu da vura bilər. Bunun üçün cəmi 1 dəfə fərqlənmək kifayətdir.

AZƏRBAYCAN

O

Q

H

M

T

X

Bütün oyunlar

157

25

38

94

101-287

113

Seçmə mərhələlər

76

5

11

60

28-176

26

Dünya çempionatı seçmə mərhələsi

36

2

6

28

9-73

12



LİXTENŞTEYN

O

Q

H

M

T

X

Bütün oyunlar

114

8

12

94

50-349

36

Seçmə mərhələlər

78

5

8

65

32-250

23

Dünya çempionatı seçmə mərhələsi

38

2

4

32

18-117

10



Azərbaycan və Lixtenşteyn milliləri indiyədək 3 dəfə üz-üzə gəlib. 1998-ci il oktyabrın 14-də Vadutsda 1:2 hesabı ilə uduzan yığmamız sonrakı iki görüşdə qol buraxmayıb. 1999-cu il iyunun 5-də 4:0 və ötən il sentyabrın 10-da 0:0 hesabı ilə bitən qarşılaşmalar Bakıda keçirilmişdi. Bu isə o deməkdir ki, rəqibimizin 28 il ərzində uduzmadığı 20 matçdan 2-si bizimkilərin hesabındadır. Lixtenşteynlilər üçün daha 2 münasib rəqib var ki, onlara qarşı keçirilən ən azı 2 oyunda xal qazana biliblər. Onlar 5 dəfə qarşılaşdıqları İslandiya ilə də bizimlə olduğu kimi 1 qələbə və 1 heç-heçə əldə ediblər (top fərqi – 5:11). Lüksemburq isə Lixtenşteyni uda bilməməyin acısını 3 dəfə yaşayıb. Komandalar arasındakı oyunların 2-də sabahkı rəqibimiz udubsa, 1 dəfə heç-heçə qeydə alınıb (top fərqi – 10:3). Əgər yığmamız bu dəfə də Vadutsu qələbəsiz tərk etsə, Lüksemburqla yanaşı, Lixtenşteyn üçün ən sərfəli rəqib olacağıq.

Qeyd edək ki, Azərbaycan yığması Vadutsa ilk səfərində uduzmaqla rəqibinin tarixinə düşüb. Həmin oyun lixtenşteynlilərin seçmə mərhələlərdə ilk qələbəsi olub.
0