“Neftçi” Miçoviçə 8 qol vurdu
09.10.2009 - 16:17
“Neftçi” Miçoviçə 8 qol vurdu
Bakının “Neftçi” klubu yeni baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında ilk oyunda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” əvəzedici komandası ilə bu gün bazasında keçirdiyi yoxlama oyununda böyük hesabla qalib gəlib – 8:2. “Neftçi”dən Samir Əliyev 19, 26 və 77-ci dəqiqələrdə vurduğu qollarla het-trik edib. Kapitan Zaur Tağızadə (14, 59-cu dəqiqələr) ilə kamerunlu Valentim Atem (85 və 87-ci dəqiqələr) hərəyə iki, Rəşad Abdullayev (89-cu dəqiqə) bir dəfə fərqlənib.

Qeyd edək ki, ötən mövsüm çempionluğu qazanan “Neftçi”nin əvəzediciləri cari mövsümdə də liderdir. Onun qapıçısı Elçin Sadıqov yığmanın düşərgəsində olduğu üçün “çərçivə”ni Vladimir Miçoviç qoruyub. Yəni “Neftçi” 8 qolun hamısını 90 dəqiqə oynayan serbiyalı qapıçısına vurub.

Əvəzedicilərlə görüşdə əsas komandanın qapısını ilk 45 dəqiqədə Elvin Zeynalov, fasilədən sonra isə Sücəddin Mobinov qoruyub. Sadıqov bugünkü Ruslan Əmircanov, estoniyalı Andrey Stepanov, türkiyəli Suat Usta, türkmənistanlı Nazar Bayramov, rumıniyalı Leonard Naydin, uruqvaylı Valter Quqlemonun da xidmətindən yararlanıb.
0