Azərbaycan - İngiltərə oyununda kim fit çalacaq?
09.10.2009 - 16:50
Azərbaycan - İngiltərə oyununda kim fit  çalacaq?
Azərbaycan milli komandasının keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq matçları Kipr, Çexiya və Makedoniyadan olan hakimlər idarə edəcək.

Serbiya – Azərbaycan
Baş hakim: Kristos Eliya
Baş hakimin köməkçiləri: Doros Touros (hər ikisi Kipr), Tomas Kovarik
Dördüncü hakim: Yan Yilek (hər ikisi Çexiya)
Hakim-inspektor və UEFA nümayəndəsi: Volf-Qünter Visel (Almaniya)
26 oktyabr, saat 15:00. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan - İngiltərə
Baş hakim: Yan Yilek
Baş hakimin köməkçiləri: Tomas Kovarik (hər ikisi Çexiya), Kiril Neqrieski
Dördüncü hakim: Qoran Spirkovski (hər ikisi Makedoniya)
Hakim-inspektor və UEFA nümayəndəsi: Volf-Qünter Visel (Almaniya)
28 oktyabr, saat 15:00. Tofiq Bəhramov adına Respublika stadionu

Qazaxıstan – Azərbaycan
Baş hakim: Qoran Spirkovski
Baş hakimin köməkçiləri: Kiril Neqrieski (hər ikisi Makedoniya), Doros Touros
Dördüncü hakim: Kristos Eliya (hər ikisi Kipr)
Hakim-inspektor və UEFA nümayəndəsi: Volf-Qünter Visel (Almaniya)
31 oktyabr, saat 15:00. Tofiq Bəhramov adına Respublika stadionu
0