Anatoli Doroş coşdu
09.10.2009 - 17:12
Anatoli Doroş coşdu
Bakının “Olimpik-Şüvəlan” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının növbəti turuna hazırlaşan Əsgər Abdullayevin yetirmələri klubun əvəzedici heyətini sınağa çəkib.

"Şəfa" stadionunda baş tutan oyunda əsas komanda səviyyə fərqini göstərə bilib – 6:0. Lakin əvəzedicilər də qol vurmağa nail olub. Belə ki, onlar bir avtoqola imza atmaqla fərqlənib. “Olimpik-Şüvəlan”ın digər qollarından 3-nü Anatoli Doroş vurmaqla het-trik müəllifi olub. Digər topları da rəqib qapısından legionerlər - Nikolay Kozaçuk və Ramaz Cabnidze keçirib.

Qeyd edək ki, "Olimpik-Şüvəlan" növbəti yoxlama oyununda Zabrat qəsəbə stadionunda "İnter"lə qarşılaşacaq
0