Milli komandamız İsraili məğlub etdi
09.10.2009 - 17:53
Milli komandamız İsraili məğlub etdi
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası (U-19) Avropa çempionatının seçmə mərhələ oyunlarına böyük hesablı qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin rəhbərik etdiyi U-19 İsraildə keçirilən ilk seçmə qrup mərhələ oyunlarında meydan sahibləri üzərində 3:0 hesabı ilə qalib gəlib. Yığmamızda qollardan ikisini Orxan Həsənov (20-ci və 85-ci dəqiqələr), birini Tural İsgəndərov (30-cu dəqiqə) vurub. Qrupumuzda keçirilən digər oyunda Polşa Danimarka üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmamız qrupda ikinci oyununu oktyabrın 11-də Polşa ilə keçirəcək.
0