Elvin Məmmədov darmadağın iddiasında
09.10.2009 - 18:00
Elvin Məmmədov darmadağın iddiasında
Azərbaycan milli komandası sabah Lixtenşteyndə meydan sahibləri ilə keçiriləcək dünya çempionatının seçmə oyununda böyük hesabla qalib gələ bilər. Apasport.az saytının məlumatına görə, yığmamızın futbolçusu Elvin Məmmədov qarşılaşmada darmadağınla qalib gələcəyimizi düşünür. 21 yaşlı yarımmüdafiəçi çıxış etdiyi Ağdamın “Qarabağ” klubunun rəsmi internet satına açıqlamasında sabahkı matçdan danışıb: “Bu görüş bizim üçün çox əhəmiyyətlidir. Matçda əsas rol irəlidə oynayacaq futbolçuların öhdəsinə düşəcək. Qol vura bilsək, fərqli qələbə ilə azarkeşlərimizi sevindirə bilərik. Qələbə bizim olacağına şübhə etməyin!”
0