Vüqar Nadirov: Qələbə zamanı çoxdan yetişib
09.10.2009 - 18:06
Vüqar Nadirov: Qələbə zamanı çoxdan yetişib
“Qələbə zamanı çoxdan yetişib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Vüqar Nadirov deyib.
22 yaşlı futbolçu çıxış etdiyi Ağdamın “Qarabağ” klubunun rəsmi saytına açıqlamasında Lixtenşteyn yığması ilə sabahkı səfər oyunu ilə bağlı nikbin fikirdədir: “Kimin hücumda oynamasından asılı olmayaraq, hər birimiz komandamızı, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnşallah hər şey yaxşı olacaq”.
0